Yanvarın 14-ü Dənizkənarı Milli Parkda uşaqları sürpriz gözləyir. SİA-nın məlumatına görə, şənbə günü bulvar ərazisində ənənəvi pulsuz atraksion aksiyası keçiriləcək. Bu barədə Dənizkənarı Milli Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov məlumat verib. Nazim Məcidov bildirib ki, yaşı 15-ə qədər olan uşaqlar səhər saat 9:00-dan 13:00-a qədər bulvardakı atrksiyonlardan pulsuz istifadə edə biləcək. Onun sözlərinə görə, bu dəfəki aksiya zamanı narahatçılıq qeydə alınmasın deyə xüsusi nəzarət olacaq. Nazim Məcidov bildirib ki, bunun üçün nəzarətçilər nizam-intizamla çalışacaq və aksiyadan istifadə qaydası tənzimli şəkildə aparılacaq.
Qeyd edək ki, pulsuz atraksion aksiyası ötən ilin yay aylarından başlayıb və ilk olaraq iyunun 1-i Beynəlxalq Uşaq Müdafiəsi günündə keçirilib.
Aynurə Asimqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB