Göygölün əkin sahələrində gəmiriğilərə qarşı mübarizə gücləndirilib
Göygöl rayonunun əkin sahələrində gəmiricilərə qarşı mübarizə gücləndirilib. Artıq bu məqsədlə rayonunun əkin yerlərində qabaqlayıcı tədbirlər görülür. SİA-nın bölgə müxbirinin xəbərinə görə, Göygöl rayon Bitgi Mühafizə İdarəsi bu məqsədlə gücnləndirilmiş iş rejiminə keçib.
Belə ki, qurumun rəsmiləri Kənd Təsərrüfatı Nazirliyi tərəfindən göndərilən kimyəvi maddələrdən hazırlanan aldadıcı yemləri zərərvericilərin əkin sahələrində yuvalarına qoyurlar. Ancaq proeblmi tam olaraq aradan qaldırmaq mümkün deyil. Müsbət cəhət budur ki, fermerlər də bu tədbirlərin təşkil olunmasında olduqca maraqlıdır və gəmiricilərin hücumuna məruz qalan ərazilər barədə məlumatlar verilir. Buna baxmayraq kimyəvi dərmanların qoyulmadığı ərazilərdə ilkin məhsul itkisi də dəqiqləşib.
Dərmanlanmayan ərazilərdə 10%-dək məhsul itkisinin olacağı dəqiqdir. Bildirək ki, tədbirlər rayonun digər bölgələrində də təşkil olunub və bir müddət davam etdiriləcək.
Payızlıq səpilən kənd təsərrüfatı məhsullarından bol məhsul götürmək üçün bütün lazımı imkanlar səfərbər olunub. Rayonda təxminən 10 min hektara yaxın payızlıq taxıl səpini aparılıb.
İlham Məmmədov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB