Qazax şəhərində ağacların kəsilməsi haqda “faktlar” yanlış çıxdı

Qazax şəhərində ağacların kəsilməsi haqda “faktlar” yanlış çıxdı

Azərbaycanın əldə müstəqillikdən sonra ölkəmizdə aparılan düzgün daxili və xarici siyasət bütün sahələrin inkişafına öz təsirini göstərib. Regionların iqtisadi inkişafı Dövlət Proqramı uğurla həyata keçirilir. İqtisadi inkişaf insanlarımızın təfəkküründə, münasibətlərində, ekoloji tarazlığın qorunmasında önəmli rol oynayıb. Bu gün təbiətin oksigen mənbəyi kimi başa düşdüyümüz yaşıllıqlar, meşə zolaqları təkcə dövlət strukturları tərəfindən deyil, eyni zamanda vətəndaşlarımız tərəfindən təmənnasız olaraq qorunur. İqtisadi inkişafımızın əsasını təşkil edən enerji ehtiyatlarından səmərəli istifadə etmək halları isə meşə massivlərinin qorunmasını şərtləndirən amillərdən sayılır. Bölgələrimizin mavi yanacaqla təminatı yaşıllıqların kəsilməsinə sədd qoyan faktorlardandır, desək yanılmarıq.

Son günlər isə bəzi mətbu orqanlarda Qazax şəhərində ağacların kəsilməsi, yaşıllıqlara ziyan vurulması və s. məslələrlə bağlı yazılar dərc olunur. SİA məsələ ilə bağlı Rayon İcra Hakimiyyətinin (RİH) məsul əməkdaşlarına və Ekologiya və Təbbi Sərvətlər Nazirliyinin 2 saylı ərazi şöbəsinin mütəxəssislərinə müraciət edib. Aldığımız cavab gözlənilən olduğu kimi, belə məlumatların qərəzli olaraq yazıldığını da üzə çıxara bildik.

Qazax RİH-dən verilən məlumatda bildirilir ki, həmin yazılar həqiqəti əks etdirmir. Belə ki, bu işlərin həyata keçirilməsi üçün əvvəla, Ekologiya və Təbbi Sərvətlər Nazirliyinin 2 saylı ərazi şöbəsinin mütəxəssisləri tərəfindən monitorinq keçirilir. Vaxtı keçmiş, qurumuş, piyadalar və maşınlar üçün təhlükə törədən ağaclar müəyyən edilir. Sonra həmin ağacların kəsilib götürülməsi üçün rəy verilir. Yalnız bundan sonra həmin ağaclar kəsilir. Ən axırda isə kəsilmiş ağacların yerinə yenisi əkilir.


Bütün xəbərlər Facebook səhifəmizdə