Azərbaycan üçün 3-ü unikal, 16-sı isə nadir sayılan geoloji obyektlər müəyyənləşdirilib

Azərbaycan üçün 3-ü unikal, 16-sı isə nadir sayılan geoloji obyektlər müəyyənləşdirilib

AMEA Geologiya İnstitutu tərəfindən "Azəbaycanda nadir geoloji obyektlərin qorunması və uzunmüddətli istifadəsi" proqramı üzrə 108 obyekt yoxlanılıb. SİA-nın xəbərinə görə, institutun direktoru Akif Əlizadə bildirib ki, yoxlamalar nəticəsində nadir geoloji obyektlər kimi ayrılmış 86 geoloji obyektin 3-ü unikal, 16-sı Azərbaycan üçün nadir sayılan geoloji obyektlər sırasına daxil edilib.

A.Əlizadə qeyd edib ki, institut ötən il ərzində 2007-2014-cü illərdə Cənubi Xəzərin yeni geoloji-geofiziki modelinin yaradılması üzrə proqramın icrası istiqamətində işlər həyata keçirib. Bundan əlavə, filiz yataqlarına ziyan vurmadan keyfiyyətli məhsulun əldə edilməsi istiqamətində işlər davam etdirilib: "Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Geologiya İnstitutu Azərbaycanın mineral suları atlasını tərtib edib. Respublikanın mineral suları üzrə elektron məlumat bazası yaradılıb, onların kimyəvi və qaz tərkibinin müasir parametrləri və radioaktivlik dərəcəsi öyrənilib. Yayılma şəraiti və mineral suların tərkibi üzrə respublika ərazisinin hidrogeoloji rayonlaşdırılmanın təkmilləşdirilmiş sxemi işlənilib və onun əsasında "Hidrogeoloji rayonlaşdırılma xəritəsi" və "Azərbaycan Respublikasının mineral suları" Atlasının maketi tərtib edilib\".

Bütün xəbərlər Facebook səhifəmizdə