Bu gün Beynəlxalq Mətbuat Mərkəzində (BMM) Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsi Milli Fəaliyyət Proqramının təsdiq olunması barədə Prezident fərmanının ictimaiyyətə çatdırılması ilə bağlı konfrans keçirilib. SİA-nın xəbərinə görə, tədbirdə hökumət üzvləri, deputatlar və vətəndaş cəmiyyətinin nümayəndələri iştirak edib. Tədbiri giriş nitqi ilə açan Milli Məclisin (MM) Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Milli fəaliyyət proqramın bütün maddələri və icrası haqqında ətraflı məlumat verib. Qeyd olunub ki, bu işdə KİV-lə vətəndaş cəmiyətinin əməkdaşlığı xüsuslilə təqdirəlayiq hal kimi dəyərləndirilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi yanında Azərbaycan Respublikasının səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov çıxış edərək proqramın strukturu və mahiyyəti ilə haqda məlumat verib. Bildirilib ki, bu sənədin hazırlanaraq təsdiqlənməsi həm də onu göstərir ki, insan haqları, bu sahədə səmərəliliyin artırılması dövlətin, dövlət başçısının diqqətində olan prioritet məsələlərdəndir. Daha sonra tədbirdə millət vəkili, Böyük Qurtuluş Partiyasının sədri Fazil Mustafa , Korrupsiya ilə mübarizə sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının şəbəkəsinin koordinatoru Əliməmməd Nuriyev, Vətəndaşların Əmək Huquqlarının müdafiəsi Liqasının sədri Sahib Məmmədov və digərləri çıxış edərək Milli Fəaliyyət Proqramı ilə bağlı fikirlərini bildiriblər. Sonda tədbir jurnalistləri maraqlandıran suallar əsasında davam etdirilib.
Ceyhun Eyyubov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB