Akif Əlizadə: \"Gələcəkdə neft hasilatının həcmi ildə 60-65 milyon tona çata bilər\"
Cənub Xəzər hövzəsinin geoloji tektonik quruluş tarixinin təhlili göstərir ki, burada neft-qaz yataqları olduqca çoxdur. SİA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya İnstitutunun direktoru Akif Əlizadə deyib. O bildirib ki, növbəti illərdə onların kəşfiyyatının aparılması nəzərdə tutulur.
Azərbaycanın neft-qaz yataqlarının olduqca çox olduğunu deyən A.Əlizadə qeyd edib ki, gələcək illərdə neft hasilatının həcmi ildə 60-65 milyon tona çata biləcək. "Hazırda Azəbaycan ildə 50 milyon ton neft istehsal edir. Güman edirəm ki, bu rəqəm saxlanılacaq. Bəlkə də 60-65 milyon tona çata bilər", - deyə o əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB