Bakıda hava küləkli olacaq

Bakıda və Abşeron yarımadasında yanvarın 10-da hava şəraiti dəyişkən buludlu, əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq. Axşam havanın tutqun olacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Cənub-qərb küləyi gündüz arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 4-6 dərəcə isti, gündüz 7-10 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarına gəlincə, yanvarın 10-da hava şəraiti əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti təşkil edəcək. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun 10-15 dərəcə şaxta olacağı gözlənilir.

Milli Hidrometeorologiya Departamenti tibbi-meteoroloji proqnozu da açıqlayıb. Yanvarın 10-dan 12-dək Abşeron yarımadasında iqlim normasına yaxın temperatur rejimi müsbət amil olsa da, atmosfer təzyiqinin xeyli tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişsizdir.

Bütün xəbərlər Facebook səhifəmizdə