Qondarma “erməni soyqırımı” ilə bağlı qanun layihəsi yanvarın 23-də müzakirə olunacaq
Fransa Senatı yanvarın 23-də qondarma \"erməni soyqırımı\" ilə bağlı qanun layihəsini müzakirəyə çıxaracaq. SİA-nın türk mətbuatına istinadən verdiyi məlumata görə, hələ ötən həftə Fransa Senatında "erməni soyqırımı" ilə bağlı qanun layihəsinin yanvarın 24-də müzakirə olunacağı barədə məlumat verilmişdi. Həmin qanun layihəsi 2006-cı ildə Fransa Parlamentinin aşağı palatasından keçib və müzakirə edilmək üçün Fransa Senatına göndərilib.
4 may 2011-ci il tarixində isə səs çoxluğu ilə konstitusiyaya zidd olduğu üçün rədd edilib. Ötən ilin dekabr ayının 22-də isə qanun layihəsi yenidən Fransa Senatının aşağı palatasında qəbul olunub. Bundan sonra Ankara öz səfirini Parisdən geri çağırıb və Fransaya qarşı 8 maddədən ibarət sanskiya tətbiq ediləcəyini bildirib. Qanuna görə, "soyqırımı"nı inkar edən şəxslər cinayət məsuliyyəti daşıyırlar. Sənəddə "soyqırımı"nı inkar edənlərin bir il müddətinə azadlıqdan məhrum edilməsi və 45 min avro məbləğində cərimə olunması nəzərdə tutulur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB