Uşaqlara qarşı zorakılığın qarşısını almaq üçün yeni qanun hazırlandı

Uşaqlara qarşı zorakılığın qarşısını almaq üçün yeni qanun hazırlandı

Azərbaycanda uşaqlara qarşı zorakılığın qarşısını almaq üçün yeni bir qanun hazırlanaraq Milli Məclisə təqdim edilib. Bu barədə SİA-ya Uşaq Hüquqları üzrə QHT Alyansının İdarə Heyətinin sədri Nazir Quliyev deyib. O bildirib ki, yaxın gələcəkdə bu qanunun qəbul ediləcəyi gözlənilir. N.Quliyev vurğulayıb ki, Avropa Şurası 2009-cu ildə təşkilata üzv olan dövlətlərdə Uşaqlara qarşı zorakılığı qadağan edən qanunun qəbul edilməsi ilə müraciət etsə də Azərbaycanda hələ ki belə bir qanun yoxdur.

Ölkədə uşaq hüquqları ilə bağlı mövcud problemlər barədə məlumat verən N.Quliyev qeyd edib ki, bu gün ən böyük məsələ alimentlə bağlıdır. Onun fikrincə, bəzən öz hüququnu yaxşı bilməyən və tələb etməyən ana hətta məhkəminin təyin etdiyi alimenti almaqda çətinlik çəkir.

Bütün xəbərlər Facebook səhifəmizdə