İlk intihar xəbəri Zərdab rayonundan gəldi. Rayonun Təzəkənd kənd sakini, 84 yaşlı Nuriyev Nurməmməd Məmmədalı oğlu özünü yaşadığı evin eyvanından asaraq intihar etdi. Kənd sakinləri mərhumun uzun müddətdir ki, bir çox xəstəlikdən əziyyət çəkdiyini bildiriblər. Siyəzən rayonundada analoji hadisə baş verib. Bu dəfə intihar edən orta məktəb şagirdi oldu. Rayon sakini, 16 yaşlı Namiq Natiq oğlu Hüseynov yaşadığı evin çardağında özünü asıb. Onun meyiti hadisədən xeyli sonra ailəsi tərəfindən aşkar edilib. Mərhumun özünə qəsd etməsinin səbəbləri isə hələlik məlum deyil. Statistikaya görə, bəzən heç bir ruhi-mənəvi sorunu olmayan adamlar da intihar edirlər. Psixoloq Dəyanət Rzayev də hesab edir ki, intihar etmək psixi saxsıntının əlamətidir və son günlər əhali arasında artan intihar faktlarına diqqətlə nəzər salanda görürük ki, bir çoxlarının intihar etməsinə səbəb sosial durum, ailə münaqişəsi və sosial şəbəkələrin roludur: "Düzdür, intiharların səbəbini indiki zamanda sosial çətinliklər üzərinə atmaq düzgün olmazdı. Çünki ötən əsrin 90-cı illərində müharibə zamanı sosial və psixoloji durum daha ağır idi. Lakin o zaman bu qədər intihar baş vermirdi. İndiki gənclər xarici dövlətlərin yaşayışının müsbət tərəflərinə baxıb özlərini o aləmdə hiss edirlər. Bu zaman yaşadıqları cəmiyyətlə barışa bilmirlər. Nəticə isə ağır olur". Psixoloqun fikirincə, son illər orta yaşlı nəslin nümayəndələri arasında baş verən intihar hallarını izləyəndə görərik ki, yaşlıların intiharına səbəb sosial- maddi durum və ailə münaqişəsi ilə əlaqəlidir. Statisik göstəricilər isə il ərzində yaşlı nəslin nümayəndələrinin məhz borc pul almalarının qurbanı olduğunu deyir. Gənclər və azyaşlılarda bu xəstəlikdən yan keçə bilmir. Mütəxəssislərin fikirincə, bununda bir sıra səbəbləri var ki, başlıca səbəb valideyinlərin müəyyən yaş dövründə ailədə uşaqlara kifayət qədər diqqət ayırmamasıdır. "Birinci uşaq ailədə tərbiyə edilməlidir. Hazırda bir sıra ailələr var ki, onların sosial problemlər üzündən uşaqlarına yeterincə vaxt ayırmırlar. Uşaqlarda o yaş dövründə sirlərini deməyə adam tapa bilməyəndə psixi pozuntular baş verir.
Bunula yanaşı psixoloq hesab edir ki, son illər cəmiyyətdə artan sosial şəbəkələr və qorxulu filmlər də yeniyetmələrin pisixikasına olduqca mənfi təsir göstərir. Buna misal olaraq ötən ay sosial şəbəkələrdən birində həmyaşıdı xanımla tanış olan yeniyetmə oğlan sonradan onunla ayrıldığı zaman bu iztiraba dözə bilməyərək özünü dənizə atmaqla intihar etmişdi. Hətta o bu addımı atacağı barədə özünün \"facebook\" səhifəsində də elan vermişdi. Psixoloqlar isə onun psixoloji sarsıntı keçirməsinin əsas səbəbini məktəbli oğlanın ailəsi tərəfindən kifayət qədər diqqət və qayğı ilə əhatə edilməməsində görür. "Hər bir ailə ilk əvvəl öz övladına qayğı göstərməlidir. Xarici təcrübəyə nəzər salsaq görərik ki, Avropa ölkələrində valideyinlər övladlarına qayğı göstərmədikləri təqdirdə icraedici orqanlar onları valideynlik hüququndan məhrum edirlər. Azərbaycanda isə bu istiqamətdə heç bir qanun işləmir\",-psixoloq Dəyanət Rzayev bu fikirdədir.
Din xadimləri də intihar hallarına birmənalı yanaşmırlar. İslam dinində insanın intihar etməsi ən böyük günah sayılan və bəyənilməyən bir əməldir. Son illər elm və texnikanın inkişaf etdiyi bir zamanda uşaq yaşında övladları olan valideynlərin çox diqqətcil olmalı və övladlarının yaşlarına uyğun televiziya filmlərinə və proqramlarına baxmamasına çalışmalıdırlar. Əks təqdirdə onların övladları həyata bir oyun kimi baxdıqları yaşda həyatın amansız oyunu ilə rastlaşa bilərlər. Buna misal olaraq ötən illərdə, İraq lideri Səddam Hüseynin bütün dünyaya yayımlanan edam səhnəsindən sonra dünyada yüzlərlə uşaq özünü Səddam kimi asmaq istədi və bunun nəticəsi olduqca ağır oldu.
Bir fakt isə göz qabağındadır, iradəsi zəif olan insanlar hamının rastlaşıb min bir əziyyət bahasına həll etdikləri problemlərlə rastlaşanda bunu həll etməyi özlərinə sığışdırmırlar və intihara əl atırlar. Bu zaman uduzan isə yalnız özləri olur.
Şahin Abasov, SİA-nın Almaniyadakı xüsusi müxbiri
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB