Cəbhə bölgəsində yerləşən yaşayış məntəqələri qazlaşdırılır. SİA-nın Qarabağ bürosunun verdiyi xəbərə görə, 1994-cü ildə Füzulinin işğaldan azad edilən kəndləri təbii qazla təmin olunacaq. Bu məqsədlə Dövlət Proqramı çərçivəsində rayonun Qazaxlar, Mirzənağılı və Alxanlı kəndlərinə mavi yanacaq çəkilir.
Rayonun Qazaxlar kəndində 7 km daşıyıcı qaz kəməri, Alxanlı və Mirzənağılı kəndinə 11 km uzunluğundan daşıyıcı qaz xəttləri çəkilir.
Hazırda tikinti işlərinə xeyli sayda işçi qüvvəsi və texnika cəlb edilib. Kəndlərdə küçə daxili xətlərin çəkilişi aparılır. Bəzi evlərdə isə artıq sayğac quraşdırılıb.
Qeyd edək ki, növbəti ilin sonuna qədər rayonun bütün kəndlərinin qazlaşdırılması nəzərdə tutulub.
Şamxal Adıgözəlov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB