Azərbaycanın məşhur memarı Yuzef Qədimov vəfat edib

Azərbaycanın məşhur memarı Yuzef Qədimov vəfat edib

Azərbaycanın məşhur memarı, Şərq ölkələri Beynəlxalq Memarlıq Akademiyasının üzvü, "Şöhrət" ordenli, Prezident təqaüdçüsü, əməkdar mühəndis və memar Yuzef Qədimov vəfat edib. Bakıda bir sıra nəhəng obyektlərin layihələndirilməsi və inşası mərhumun adı ilə bağlıdır. Onların arasında Heydər Əliyev adına Konsert-İdman Kopleksi, Milli Təhlükəsizlik Nazirliyinin binası, Aktyorlar Evi, metronun "Baksovet" ("İçərişəhər") stansiyası və sair var.


Y.Qədimov eyni zamanda Cəfər Cabbarlı, Hüseyn Cavid, Nəriman Nərimanovun Bakıdakı heykəllərinin müəllifidir.

Bütün xəbərlər Facebook səhifəmizdə