ANAMA Göygöl Regional Bazasında son bir ildə 230-dan artıq şəxsə təlim keçirilib
Minaların təmizlənməsi və partlayıcı qurğuların zərərsizləşdrilməsi məqsədi ilə təşkil olunan təlimlərdə əsasən əcnəbi ölkələrin müdavimləri iştirak edib. ANAMA-nın Təlim və Keyfiyyət qrupunun rəhbəri Elnur Qasımovun SİA-nın bölgə müxbirinə verdiyi məlumata əsasən, təlimlər Gürcüstan və Türkiyədən gələn mütəxəssislər üçün aparılıb.
Bundan əlavə qrumun Göygöl Bazasının əməkdaşları tərəfindən Gəncə şəhəri və ətraf rayonlarda insan həyatı üçün təhlükəli olan təxminən 10-dan artıq partlayıcı qurcular zərərsizləşdirilib. Bunlar arasında böyük həcimli partlayıcılar da var.
Məlumat üçün qeyd edək ki, Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik ölkə prezidentinin sərəncamı ilə 1998-ci ildən rəsmən fəaliyyətə başlayıb. Milli mütəxəssislər isə artıq 2002-ci ildən istər yerili istehkamçılara, istərsə də əcnəbilərə minaların və partlamayan hərbi sursatların zərərsizləşdirilməsi istiqamətində təlimlər keçir.
İlham Məmmədov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB