Tərtərdə ağacəkmə aksiyasına başlanılıb

Tərtərdə ağacəkmə aksiyasına başlanılıb

Tərtərdə geniş ağacəkmə aksiyasına başlanılıb. SİA-nın Qarabağ bürosunun verdiyi xəbərə görə, rayon sakinləri ekoloji mühitin sağlamlaşdırılması məqsədi ilə keçirilən bu aksiyada fəal iştirak ediblər. Tərtər -Bərdə magistral yolunun ətrafına və Heydər Əliyev prospektində 1,5 hektar əraziyə 300 maşına yaxın meşə torpağı verilib, yeni su xətlərinin çəkilişinə başlanılıb. Ağacəkmə aksiyasında 1500-dən çox Eldar şamı və 20 minə yaxın lüqustr kolu əkilib.

Qeyd edək ki, bu il rayonda 65 min müxtəlif növ ağac kollarının əkilməsi nəzərdə tutulub.


Şamxal Adıgözəlov

Bütün xəbərlər Facebook səhifəmizdə