Minaların təmizlənməsi və partlayıcı qurğuların zərərsizləşdirilməsi məqsədi ilə təşkil olunan təlimlərdə əsasən əcnəbi ölkələrin müdavimləri iştirak edib. Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) Təlim və Keyfiyyət qrupunun rəhbəri Elnur Qasımovun SİA-nın bölgə müxbirinə verdiyi məlumata görə, təlimlər Gürcüstan və Türkiyədən olan mütəxəssislər üçün aparılıb.
Bundan əlavə qurumun Göygöl bazasının əməkdaşları tərəfindən Gəncə şəhəri və ətraf rayonlarda insan həyatı üçün təhlükəli olan təxminən 10-dan artıq partlayıcı qurğular zərərsizləşdirilib. Bunlar arasında böyük həcmli partlayıcılar da var.
Məlumat üçün qeyd edək ki, ANAMA ölkə prezidentinin sərəncamı ilə 1998-ci ildən rəsmən fəaliyyətə başlayıb. Milli mütəxəssislər isə artıq 2002-ci ildən istər yerli istehkamçılara, istərsə də əcnəbilərə minaların və partlamayan hərbi sursatların zərərsizləşdirilməsi istiqamətində təlimlər keçir.
İlham Məmmədov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB