ARDNŞ-in birinci vitse-prezidenti beynəlxalq mükafata layiq görülüb

ARDNŞ-in birinci vitse-prezidenti beynəlxalq mükafata layiq görülüb

Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının 25 noyabr 2011-ci il tarixli qərarı ilə ARDNŞ-nin birinci vitse-prezidenti, Azərbaycan Milli Elmlər Akademiyasının akademiki, Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvü, professor Xoşbəxt Yusifzadə Türk Dünyası elminə, təhsilinə və iqtisadiyyatına böyük xidmətlərinə görə ''Türk Dünyasının Fəxri Alimi'' Beynəlxalq Mükafatına layiq görülüb. Bu barədə SOCAR-ın rəsmi saytı xəbər verir.


Bundan öncə ARDNŞ-nin birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə 2008-ci ildə neft sənayesinin inkişafında və Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərinin möhkəmlənməsində göstərdiyi xidmətlərə görə Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvü seçilib, 2009-cu ildə isə 2008-ci ilin yekunlarına əsasən, qazandığı uğurlara görə Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyası tərəfindən ''İlin alimi'' fəxri adına layiq görülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə