Çaylarda suyun səviyyəsi azalıb

Çaylarda suyun səviyyəsi azalıb

Böyük Qafqaz çaylarında sululuq ongünlük normanın 110-230, Kiçik Qafqaz çaylarında 140-145, Lənkəran-Astara bölgəsi çaylarında 45-85, Naxçıvan MR çaylarında isə 35-40 faizini təşkil edir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən SİA-ya verilən məlumata görə, Kür çayının Qıraqkəsəmən məntəqəsində su sərfi 116 m3/s olmaqla, ongünlük normanın 71 faizini təşkil edir (2011-ci ildə 143 m3/s olmaqla 88 faiz təşkil edirdi). Qanıx çayının Əyriçay məntəqəsində isə su sərfi 68 m3/san olmaqla, ongünlük normanın 96 faizini təşkil edir (2011-ci ildə 51 m3/s olmaqla 72 faiz təşkil edirdi). Yanvar ayının birinci ongünlüyündə Kür çayının aşağı axınında suyun səviyyəsində azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində suyun səviyyəsi 19 sm, Bankədə 15 sm, Şirvan və Salyanda 13 sm, Araz çayının Novruzlu məntəqəsində isə 20 sm azalıb. Hazırda Surra məntəqəsində suyun səviyyəsi 559 sm (2011-ci il yanvarın 09-da 472 sm), Şirvanda 457 sm (2011-ci il yanvarın 09-da 386 sm ), Bankədə 305 sm (2011-ci il yanvarın 09-da 301 sm), Araz çayının Novruzlu məntəqəsində isə 278 sm (2011-ci il yanvarın 09-da 260 sm) təşkil edir.


Bütün xəbərlər Facebook səhifəmizdə