Bakı Metropolitenində ticarət obyektləri niyə sökülür?

Bakı Metropolitenində ticarət obyektləri niyə sökülür?

Xeyli vaxtdır metronun "İnşaatçılar" stansiyasında ticarət obyektləri yenilənməyə başlayıb. Bir müddət fəaliyyəti dondurulan obyektlər təmirdən sonra yenidən istifadəyə verilib. SİA-nın Bakı Metropoliteninə istinadən verilən məlumata görə, ticarət obyektlərinin yenilənməsinə ehtiyac yaranmışdı: "Təmirdən sonra ticarət obyektəri modernləşdirilib".

Sözügedən stansiyada apardığımız müşahidələr zamanı ticarət obyektlərinin müasirləşməsi ilə yanaşı həm də sayının artırıldığının şahidi olduq.

"İnşaatçılar" metrostansiyasında işləyən sahibkarlar isə yenilikdən razılıq etsələr də, təmirdən sonra yer haqqının qaldırılmasından şikayətləndilər. Onlar bildirdilər ki, hazırda stansiyada obyektlərin icarəsi 400 manatdan 2000 manatadək qaldırılıb.


Təmirdən əvvəl isə ticarət obyektlərində icarə haqqı 300-800 manat arasında olub.

Metropolitenindən onu da öyrəndik ki, stansiyalardakı obyektlərin modernləşdirilməsi istiqamətində işlər davam ediriləcək. Növbəti yenilənmə prosesi metronun "Elmlər Akademiyası" stansiyasında reallaşdırılacaq: "Mərhələli şəkildə bütün stansiyalarda köhnə olan ticarət obyektlərinin yenilənməsi gözlənilir".


Bütün xəbərlər Facebook səhifəmizdə