İsveçdəki Azərbaycan və türk diaspor təşkilatlarının rəhbərləri Fransanın bu ölkədəki səfirliyinə etiraz məktubu göndəriblər
İsveçdəki Azərbaycan və türk diaspor təşkilatlarının rəhbərləri Fransa Milli Assambleyasının qondarma "erməni soyqırımı" ilə bağlı qəbul etdiyi ədalətsiz qərarına etiraz bildiriblər. Fransanın İsveçdəki səfirliyinə göndərilmiş etiraz məktubunu İsveç-Azərbaycan Federasiyasının sədri Səttar Sevigin və Atatürkçü Düşüncə Mərkəzinin rəhbəri Mustafa Sönməz imzalayıblar.
Məktub müəllifləri Fransa Milli Assambleyasının qondarma "erməni soyqırımı"nı inkar edənlərin cəzalandırılmasına dair qanun layihəsini təsdiqləməsini qətiyyətlə pisləyiblər.
On iki QHT tərəfindən dəstəklənmiş bu etiraz məktubu ilə yanaşı Fransanın İsveçdəki səfirliyinə Kamran Gürün ingilis dilində olan "Erməni dosyesi" kitabı da təqdim edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB