Zirəddin Rzayev: “Nastradamus haqqında ikili fikir varsa, mənim haqqımda...” - MÜSAHİBƏ

Zirəddin Rzayev: “Nastradamus haqqında ikili fikir varsa, mənim haqqımda...” - MÜSAHİBƏ

Ötən həftə ANS kanalında "Günəbaxan" verilişində qonaq qismində iştirak etməli olan tanınmış azərbaycanlı ekstrasens Zirəddin Rzayev müəyyən səbəblərə görə verilişə gələ bilməsə də, canlı bağlantı vasitəsilə öz proqnozlarını verib. Lakin verilişdən sonra bəzi informasiya vasitələrində bu barədə müəyyən söz-söhbətlər yarandı. Xüsusən də, ekstrasensin "Günəbaxan" verilişinin canlı efirində Türkiyə ilə bağlı verdiyi proqnozlardan sonra, Zirəddin Rzayev bəzi kütləvi informasiya vasitələrində qınaq obyektinə çevrilib. Ekstrasens məsələyə aydınlıq gətirib. SİA Zirəddin Rzayevin ANS PRESSə verdiyi müsahibəni təqdim edir:



- "Günəbaxan" verilişinə canlı bağlantı ilə qoşulduğunuz zamanı verdiyiniz proqnozları bir daha xatırladardın?


- Mən ANS kanalıdan yayımlanan "Günəbaxan" verilişində deyəndə ki, 2012-ci ildə Türkiyədə təbii fəlakətlər, terror aktları, ölüm hadisələri və bir o qədər də, ictimai sabitliyin pozulacağını görürəm, bunu bəzi qəzetlər və informasiya agentlikləri təhrif edərək işıqlandırdılar. Onlar yazdılar ki, Zirəddin Rzayev türkdilli xalqlar haqqında pis görüntülərim var. Haqqımda həqiqətə uyğun olmayan şeylər yazdılar. Əgər verilişə diqqətlə baxsaydılar görərdilər ki, mən bu il Türkiyə üçün uğurlu il olmadığını proqnozlaşdırdım. Təbii fəlakətlərin və Türkiyəni sevməyənlərin hücumlarının olacağını gördüyümü demişəm. Bu da göz qabağındadır. Türkiyədə baş verənlər hələ davam edəcək.



- Türkiyə haqqında verdiyin proqnozlardan danışmağını istərdim...


- Sadəcə olaraq onu deyim ki, bu il Türkiyə üçün elə də uğurlu il olmayacaq. Bu il Türkiyə üçün 2 xoşagəlməz hadisə baş verməlidir. Bu qədər...



- Zirəddin, sənə qarşı iddia etdiyin kimi düzgün olmayan fikirlər nədən irəli gəlir?


- Mən bilirəm bu tipli yazıları niyə mənim haqqımda yazırlar. Açığını deyim, kimlərsə, mənim haqqımda yanlış fikirdədir. Ancaq konkret olaraq deyim ki, yazan insanlar peşman olacaqlar. Bu yazıları yazdıranları tanıyıram, bilirəm ki, onlar kimlərdir. Amma Allaha and olsun ki, mən o insanları çox sevirəm. Ola bilsin ki, həmin şəxslər məni hansısa səhvimi bağışlamırlar. Amma həmin yazıları əsassız olaraq yazan insanlar məndən nə istəyirlər? Bunu bilmirəm. Onlar mütləq peşman olacaqlar.



- Səncə bu jurnalistlərə qarşı haqsızlıq deyilmi?


- Mənim haqqımda yazılanlar qeyri-müəyyən mənbəyə əsaslanır, yaxud da, heç bir mənbə göstərilmir. Məsələn, mən "Günəbaxan" verilişində Türkiyə dedim, bəzi mətbu orqanlarda isə türkdilli xalqlar deyə təhrif etdilər. Axı bu sadəcə olaraq böhtandır. Unutmaq olmaz ki, kiməsə böhtan atan şəxsin cəzasını Allah verəcək.



- İddia etdiyin kimi əleyhinə kampaniya nə səbəbə başlanıb? Bu sənin güclü olmağından, çoxlu pul qazanmağından irəli gəlir, yoxsa, burada başqa səbəblər var?


- Açığı bilmirəm. Bəlkə də, bu onların səhvidir, bəlkə də, bu mənim tərəfimdən buraxılan səhvlərdir. Amma mən yazan insanları bağışlamayacağam.



- Yaxşı, bağışlamayıb nə edəcəksən? Cadu, qarğış edıcıksən onlara qarşı?yoxsa...


- Belə bir kəlam var: "Allah ucaltdığı bəndəni bəndə endirə bilməz, Allah endirdiyi bəndəni bəndə ucalda bilməz". Bu mənim həyat devizimdir. Başqa misal da, Həzrət Əlidən gətirmək olar. Həmişə onun əleyhinə olanlar olub, lakin, İmam Əli həmişə yüksək mərtəbədə olub və olacaq. Sadəcə onu deyə bilərəm ki, mənim əleyhimə gedənlər, bu gücü mənə verənin əleyhinə gedirlər. Xəbərdarlıq edirəm, bu çox təhlükəlidir. Mən kiməm, adi, ölümlü bir bəndəyəm. Mən özüm də, mənə verilən bu gücün qarşısında acizəm. Hardasa səhv buraxa bilərəm, hardasa düzgün olmayan fikirlər deyə bilərəm. Lakin məndə Allahın verdiyi güc var. Hətta bu gücün qarşısında mən özüm də acizəm. Qarğışa qalanda, mən kiməm ki, kiməsə bəd dua edim.

İstərdim bir şeyi də qeyd edim. Mənim özüm də türkəm, mənəviyyatımda, qanımda türkçülük var. Mən Məhəmmədəmin Rəsulzadə, Hüseyn Cavid, Yunis Əmrə və Hacı Bektaşinin aşiqiyəm. Allahdan arzu edirəm ki, türk millətini, türk xalqlarını öz hifsində saxlasın.



- Səncə, niyə Zirəddin Rzayev barədə həmişə nəsə yazırlar? Niyə sənin proqnozlarını həmişə tənqid edirlər? Bu da sənə qarşı kampaniyanın tərkib hissəsidir?


- Mənə qarşı yazanlara çalışıram çox da fikir verməyim. Çünki mən varam ki, mənim haqqımda danışırlar. Mən öndəyəm ki, məndən yazırlar. Nə üçün digər Azərbaycandakı "falçı"lar, "ekstrasens"lər haqqında yox, Zirəddin Rzayev haqqında danışırlar? Bu özü Zirəddinin kim olduğunu göstərir. Nastradamus kimi böyük alim, filosof haqqında ikili fikir varsa, demək mənim haqqımda da olacaq.



- Deyirsən ki, mən düşmənlərimi də sevirəm. Səncə bu nədən irəli gəlir? Sənin yaxşı adam olmağından, yoxsa bu özünüreklamdır?


- Mən mənim əleyhimə yazı yazdıranlara pislik arzulamıram. Çünki "biri od olanda, biri su olar", - deyib atalarımız. Səhvsiz-xətasız insan yoxdur. Hər bir insan əsəbləşə, qərəzli mövqe tuta bilər. İnsan həmişə səhvləri bağışlamalıdır. İnsanın aqrisivliyindən, əsəbi vaxtından istifadə edib kimisə vurmaq isə yaxşı əməl deyil. Bu Allaha xoş getməz. Buna görə də, haqqımda haqsız şayiələr yazdıranları yox, yazanları bağışlamayacağam. Onları mühakimə də etmirəm və Allaha tapşırıram. Qoy Allah onları mühakimə etsin. Allah özü ölçü götürsün.

Bütün xəbərlər Facebook səhifəmizdə