Naxçıvan müasir Avropa şəhərinə bənzəyir - FOTOSESSİYA

Naxçıvan müasir Avropa şəhərinə bənzəyir - FOTOSESSİYA

Ukraynada nəşr olunan və geniş oxucu kütləsi olan "Atobiznestur" jurnalında Azərbaycana haqqında dərc olunan məqalədə Naxçıvan Muxtar Respublikasına xüsusi yer verilib.

Müəllif qeyd edir ki, Naxçıvan yalnız Azərbaycanın deyil, Cənubi Qafqazın ən qədim şəhərlərindən biridir. Arxeoloji tədqiqatlar bu şəhərin 5 min il yaşı olduğunu göstərir. Ordubad rayonu ərazisindəki Gəmiqaya dağındakı abidələr eradan əvvəl 4-1-ci əsrlərə aid edilir. Qayaüstü rəsmlər burada ibtidai insanların məskən saldıqlarını sübut edir.

Qazançı qalası, Əlincə qalası, Əshabi-Kəhf dini abidəsi, Mömünə Xatın, İbn-Küseyr və Qarabağlar türbələri Naxçıvanın həqiqətən də qədim tarixə malik olduğunu göstərir.

Azərbaycan xalqının ümummilli lideri, dünya şöhrətli dövlət xadimi Heydər Əliyev bu torpaqda doğulub boya başa çatması məqalədə xüsusi qeyd olunub.

Yazıda vurğulanır ki, insan orqanizmi üçün faydalı zəngin minerallı Badamlı və Sirab suları şəfaverici qüvvəyə malikdirlər. Culfa rayonu ərazisindəki Darıdağ arsenli su mənbəyi isə bir çox xəstəliklərin müalicəsində istifadə edilir. Müalicə üçün buraya qonşu İran, Türkiyə, Qazaxıstan, Rusiya və başqa yerlərdən gəlirlər.

Bu su mənbəyi dəniz səviyyəsindən 1700 metr hündürlükdə yerləşir.

Naxçıvan şəhərindəki geniş tikinti quruculuq işləri də xüsusi vurğulanır və şəhərin abadlaşdığı, gözəlləşdiyi qeyd olunur. Bildirilir ki, Naxçıvan müasir Avropa şəhərlərinə bənzəyir.

Məqalənin müəllifi turist səfərinə çıxmaq istəyən ukraynalılara Naxçıvana getməyi məsləhət görür.

Bütün xəbərlər Facebook səhifəmizdə