Sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti buludlu olacaq

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti buludlu olacaq

Sabah Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər duman və çiskin olacaq, axşam bəzi yerlərdə az yağış yağacağı ehtimalı var. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturunun gecə 2-6, gündüz 7-12 dərəcə isti olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən SİA-ya verilən məlumata görə, Azərbaycanın rayonlarında isə gündüz hava şəraiti əsasən yağmursuz keçəcək, lakin gecə və axşam bəzi yerlərdə az yağıntılı, dumanlı olacağı gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək. Gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 6-11 dərəcə isti, dağlarda gecə 1-6 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti təşkil edəcək. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturu mənfi 10-15 dərəcəyə çatacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə