Ötən il peşə borcunu yerinə yetirərkən 103 jurnalist öldürülüb. SİA-nın xəbərinə görə, bu barədə məlumat Beynəlxalq Mətbuat İnstitutunun 2011-ci il üçün açıqladığı statistikasada öz əksini tapıb. Təşkilatın hesabatında qeyd olunur ki, jurnalistlərin zorakı ölümə məruz qalması faktlarının coğrafiyası 40 ölkəyədək genişlənib. Bu, ötən illər ərzində ən yüksək göstəricidir. Ötən il jurnalistlər üçün ən təhlükəli ölkə 36 media nümayəndəsinin həlak olduğu Cənubi Amerika, eləcə də, Yaxın Şərq (21 jurnalist) və "Ərəb baharı" iğtişaşları zamanı jurnalistlər arasında tələfatın artdığı Şimali Afrikadır.
Beynəlxalq Mətbuat İnstitutu ölkələrin hakimiyyətlərinə jurnailstlərə peşə fəaliyyətlərini əngəlsiz yerinə yetirilməsi imkanı yaratmağa çağırıb. İnstitutun hesabatında bildirilir ki, lokal münaqişələr, korrupsiya faktları və digər cinayətlərin işıqlandırılması zamanı jurnalistlərin qətli faktları ləng araşdırılır, günahkarlar çox nadir hallarda məsuliyyətə cəlb edilirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB