Turizm fəaliyyəti ilə bağlı lisenziya verilməsi elektronlaşdırılacaq

Turizm fəaliyyəti ilə bağlı lisenziya verilməsi elektronlaşdırılacaq

Turizm, mehmanxana, mehmanxana tipli obyektlərə və turizm işləri üzrə fəaliyyətlə məşğul olmaq istəyən hüquqi və fiziki şəxslərə lisenziyaların verilməsi elektronlaşdırılacaq. SİA-nın Mədəniyyət və Turizm Nazirliyinə istinadən verdiyi xəbərə görə, hazırda turizm, mehmanxana fəaliyyəti ilə məşğul olmaq istəyənlər yazılı şəkildə Mədəniyyət və Turizm Nazirliyinə müraciət edir və bu müraciət araşdırıldıqdan sonra lisenziya ilə bağlı müvafiq qərar qəbul edilir.


Lisenziyaların verilməsi elektronlaşdırıldıqdan sonra isə müraciət elektron formada qəbul ediləcək və qanunvericilikdə müəyyən edilmiş vaxt ərzində vətəndaşlara cavab veriləcək.


Bütün xəbərlər Facebook səhifəmizdə