Aylardır tikinti meydanını xatırladan Gəncə şəhərində aparılan abadlıq işlərinin artıq ilkin nümunələri hazırdır. SİA-nın Qərb bürosunun xəbərinə görə, şəhərin Bakı istiqamətindən girişində yerləşən binalar əsaslı təmir edilərək ən müasir formaya salınıb.
Aqlay üslubunda xüsusi zövqlə işlənən tikililər Gəncənin xarici görünüşünü dəyişib. Tikililər Bakı şəhərinin memarlıq üslubu ilə eyniyyət təşkil edir.
Nəriman Nərimanov və Müseyib Bağırov küçəsi ilə yanaşı Gəncənin tam mərkəzində tikilən binalar da ən yüksək standartlar çərçivəsində hazır vəziyytdədir. Burada da memarlıq baxımından aqlay daşlarından istifadə olunub. Yeni üslub şəhərin mənzərəsini də açır.
Qeyd edək ki, digər ərazilərdə də analoji tədbirlər davam etdirilir.
İlham Məmmədov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB