Qusarın müvəqqəti saxlama təcridxanasına başçəkmə keçirilib

Qusarın müvəqqəti saxlama təcridxanasına başçəkmə keçirilib

İşgəncələr əleyhinə Milli Preventiv Mexanizmin (MPM) funksiyalarının icrası məqsədilə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova və onun MPM qrupunun üzvləri azadlıqdan məhrumetmə və məhdudlaşdırma yerlərində, o cümlədən müvəqqəti saxlama təcridxanaları (MST), penitensiar müəssisələr, psixiatriya xəstəxanaları və müvafiq sosial obyektlərdə müntəzəm olaraq planlı monitorinqlər aparır, qısa və uzunmüddətli başçəkmələri davam etdirirlər.

Bu günlərdə Ombudsmanın İşgəncələr əleyhinə Milli Preventiv Mexanizmi (MPM) qrupunun üzvləri olan Quba Regional Mərkəzinin əməkdaşları Qusar Rayon Polis Şöbəsinin (RPŞ) müvəqqəti saxlama təcridxanasına başçəkmə həyata keçiriblər. SİA-nın xəbərinə görə, qrupun üzvləri başçəkmə zamanı bu müəssisədəki saxlanma şəraitini araşdırıb, həmçinin saxlanmanın qanuniliyini təsdiq edən sənədlərlə tanış olub, hər hansı bir pozuntu aşkar edilməyib. MST-də saxlanılan şəxslərlə söhbət aparılıb, onlara hüquqları izah olunub.

Həmin şəxslər saxlanma şəraitindən, müəssisə rəhbərliyi və əməkdaşları tərəfindən onlara qarşı rəftardan şikayət etməyiblər.

Bütün xəbərlər Facebook səhifəmizdə