\"Biləcəri-Heybət\" mənzilində 1250 metr yol əsaslı təmir olunacaq

\"Biləcəri-Heybət\" mənzilində 1250 metr yol əsaslı təmir olunacaq

Biləcəri-Heybət mənzilində 1250 metr yol əsaslı təmir olunacaq"Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı"nın icrası çərçivəsində Bakı-Böyük Kəsik istiqamətində 317 km yol əsaslı təmiri davam edir. "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətindən SİA-ya verilən məluamta görə, yanvarın 7-də Biləcəri-Heybət mənzilində 1250 metr yol əsaslı təmir olunacaq. Biləcəri-Heybət mənzilinin 528-518-ci kilometrində start götürəcək təmir işləri, günaşırı olmaqla, yanvar ayının sonunda başa çatacaq və 11 km yol əsaslı təmir olunacaq. "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Bakı-Böyük Kəsik sahəsində 317 km yolun əsaslı təmirinə 10 iyun 2011-ci ildə Tatlı-Ağstafa sahəsinin 97-ci kilometrində start verilib. Bu günə kimi 40 km 125 metr yol əsaslı təmir olunub. Əsaslı təmir işlərinə "Azərbaycan Dəmir Yolları" QSC "Dəmiryolservis" MMC-nin 4 və 11 saylı İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisələri və İnfrastruktur Departamentinin müvafiq qurumları cəlb olunub. Yolların əsaslı təmiri prosesini Çexiyanın "İxrac" Bankının nəzarət qrupu müşahidə edir. Təmir işləri başa çatandan sonra bu yollarda qatarların hərəkət sürətini artırmaq mümkün olacaq. Qeyd edək ki, İnfrastruktur Departamenti tərəfindən Bakı-Böyük Kəsik-Bakı sahəsində əsaslı təmir olunması nəzərdə tutulan kilometrlərin təmir ardıcıllığı siyahısı hazırlanıb və işlər bu ardıcıllığa uyğun həyata keçirilir.


Bütün xəbərlər Facebook səhifəmizdə