Çirklənən torpaq sahələrinin təmizlənməsi istiqamətində yeni layihə hazırlanır
Qərb bölgəsində texnogen tullantılar nəticəsində çirklənən torpaq sahələrinin təmizlənməsi istiqamətində yeni layihə hazırlanır. Yeni layihə Gəncəbasarda çirklənən əkinə yararlı torpaq sahələrinin dövriyyəyə qaytarılmasını nəzərdə tutur.
Rəsmi statistikaya görə sovetlər dönəmində təkcə Qərb bölgəsinə təxminən 200 mln. tona yaxın sənaye tullantıları axıdılıb. Bu isə nəticə etibarı ilə başda insan sağlamlığı olmaqla bir sıra mənfi təsirlərə malikdir. Gəncə Regional Elm Mərkəzinin şöbə müdiri İrşad Abbasovun sözlərinə görə, yeni tədbirlər planı ilkin mərhələdə pilot olaraq tətbiq ediləcək.
Aparılan digər araşdırmaların nəticələrinə əsasən, çirəklənən və dövriyyədən çıxan ərazilərdə əkin işləri davam edir. Ancaq belə torpaqlardan götürülən məhsullar insan orqanizmi üçün öldürücü gücə malikdir. Başqa sözlə desək, müxtəlif sənaye tullantıları ilə çirkli olan sahələrdən yığılan məhsullar bir sıra ciddi xəstəliklərə gətirib çıxara bilər.
Rəsmi mənbələrin məlumatına görə, ölkənin qərb bölgəsinin Gəncə, Samux və Daşkəsən şəhər və rayonlarının əraziləri daha çox çirklənməyə məruz qalıb.
İlham Məmmədov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB