Alimlər quyuqazmada istifadə olunan məhlulun zərərini minimuma endirməyə çalışır
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya İnstitutu Mikrobiologiya İnstitutunun alimləri ilə birgə yeni tədqiqatlara başlayır. İnstitutdan SİA-ya verilən xəbərə görə, məqsəd neft-qaz quyuları qazılan zaman istifadə olunan qazma məhlullarının zərərlərini minimuma endirməkdir. Geologiya İnstitutunun Geoloji mühitin qamma-spektrometriyası şöbəsinin rəhbəri, geologiya-mineralogiya elmləri doktoru professor Çingiz Əliyev xatırladıb ki, elmdə "şlam" adlanan bu məhlul ətraf mühitə zərərli, insanların səhhəti üçün isə təhlükəlidir.
İşlər "Sintetik alfa-olefinlərlə və radionuklidlərlə çirklənmiş qazma şlamlarının öyrənilməsi və təmizlənəsi üçün biotexnoloji üsulun işlənilməsi" adlı layihə çərçivəsində görülür. Ukrayna Elmi-Texnoloji Mərkəzi tərəfindən təşkil olunmuş birillik layihənin rəhbəri Mikrobiologiya İnstitutunun alimi, biologiya elmləri doktoru Nəriman İsmayılov, Geologiya İnstitutu tərəfdən həmrəhbəri isə Ç.Əliyevdir. Tədqiqatlarda AMEA-nın müxbir üzvləri Əkbər Feyzullayev və Qalib Əfəndiyev də iştirak edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB