Aydın Mirzəzadə: “2012-ci ildə yeni istehsal sahələri üzrə uğurlar qazanılacaq”
2011-ci il Azərbaycan üçün yaddaqalan və uğurlu illərdən biri olub. Bunu SİA-ya açıqlamasında 2011-ci illərini yekunları və 2012-ci ildə gözlənilən uğurları şərh edən millət vəkili Aydın Mirzəzadə deyib. O bildirib ki, dünyada gedən iqtisadi böhrana baxmayaraq Azərbaycan iqtisadiyyatı öz stabilliyi və inkişaf tempini qoruyub saxlaya bilib. Onun fikrincə, inkişaf təkcə paytaxtda deyil, bütün əyalətlərdə, rayonlarda müşahidə olunub. Bu gün Azərbaycanda iş tapmağın problem olmadığını deyən millət vəkili vurğulayıb ki, ölkənin bütün sahələri üzrə inkişaf göz önündədir.
"İqtisadiyyat, mədəniyyət, elm, təhsil və sahələrdə aparılan düzgün siyasət hər bir sahədə gözəçarpan nəticələr əldə etməyə imkan verir. Azərbaycan təkcə daxili deyil, xarici siyasətdə də uğurlar əldə edir. Azərbaycan dünyada tanınan, nüfuz qazanan bir ölkəyə çevrilir. Azərbaycanın uğurlarından biri kifayətdir ki, onun ətrafında illərlə danışılsın. Azərbyacan bu illər ərzində beynəlxalq layihələrin təşkilatçısı, eyi zamanda moderatorudur. Bu gün ölkəmiz BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvüdür və bunu apardığı siyasət nəticəsində qazanıb. Mədəniyyət və elm üzrə tanınır, qəbul edilir. Ölkə idmanı ardıcıl şəkildə uğurlar əldə edir, olimpiadada 29 lisenziya qazan;b", - deyə o əlavə edib.
A.Mirzəzadə qeyd edib ki, bu gün ölkədə inkişafı daha yüksək arzulanan sahələr üzrə mühüm işlər görülür və bunlar 2012-ci ildə də davam etdiriləcək. Onun sözlərinə görə, gələcəkdə Azərbaycanda yeni istehsal sahələri açılacaq. Daha yeni sahələr üzrə uğur qazanılacağını deyən millət vəkili vurğulayıb ki, bu il əvvəlki illərdən başlanan inkişaf və tərəqqi tempinin yeni bir göstəriciləri olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB