Tokio Xarici Dillər Universitetində Azərbaycan dili dərnəyi yaradılıb
Tokio Xarici Dillər Universitetində Azərbaycan dili dərnəyi fəaliyyətə başlayıb. SİA-nın xəbərinə görə, dərnək Yaponiyanın Vaseda Universitetinin magistri Emil Cəfərzadə və Tokio Xarici Dillər Universitetinin doktorantı, türk dili üzrə mütəxəssis Masahiro Okunun təşəbbüsü ilə yaradılıb.
Dərnəyin ilk məşğələsini açan Emil Cəfərzadə bildirib ki, bunun təşkilində məqsəd, ilk növbədə, yapon gənclərini Azərbaycan, onun tarixi, mədəniyyəti, dili, milli adət-ənənələri haqqında məlumatlandırmaqdan ibarətdir. Dərnək üzvlərinə türk dilləri qrupuna daxil olan Azərbaycan dili haqqında geniş məlumat veriləcək.
İlk məşğələdə əsasən yapon tələbələrdən ibarət iştirakçılara Azərbaycanın dövlətçilik tarixi, ənənələri, hazırda qüvvədə olan dövlət atributları barədə ətraflı məlumat verilib, bayraqda olan rənglər, ay və ulduz haqqında danışılıb. Dərnəyin ilk məşğələsini böyük maraqla qarşılayan yapon tələbələrin Azərbaycan dili, Azərbaycanın görməli yerləri, tarixi və mədəniyyəti ilə əlaqədar çoxsaylı sualları ətraflı cavablandırılıb. İştirakçılara Azərbaycan əlifbası haqqında məlumat verilmiş və özünü təqdimetmə qaydaları izah olunub.Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB