ARDNŞ-ın balansında olan binalar və səhiyyə müəssisələri digər qurumların tabeliyinə verildi

ARDNŞ-ın balansında olan binalar və səhiyyə müəssisələri digər qurumların tabeliyinə verildi

Nazirlər Kabineti Dövlət Neft Şirkətinin (ARDNŞ) balansında olan binalar və yataqxanaların Bakı şəhər İcra Hakimiyyətinin balansına verilməsi barədə sərəncam verib. Nazirlər Kabinetindən SİA-ya verilən xəbərə əsasən, sərəncamda ARDNŞ-in Sosial İnkişaf İdarəsi Mənzil-Kommunal Xidmətlər Departamentinin balansında olan yaşayış binaları, yataqxanalar və qeyri-yaşayış sahələri Bakı şəhər İcra Hakimiyyətinin balansına verilməsi qeyd olunur.

Nazirlər Kabinetinin digər bir sərəncamı ilə Dövlət Neft Şirkətinin (ARDNŞ) balansında olan səhiyyə müəssisələri ilə Səhiyyə Nazirliyinin tabeliyinə verilib. Sərəncama əsasən, ARDNŞ-in Sosial İnkişaf İdarəsinin balansında olan Mərkəzi Neftçilər Xəstəxanası, habelə Lənkəran, Şirvan, Qəbələ, Füzuli, Quba, Qazax, Bərdə, Cəlilabad, Zaqatala və Şamaxı Müalicə-Diaqnostika Mərkəzləri onlara məxsus olan daşınmaz və daşınar əmlakla birlikdə Səhiyyə Nazirliyinin balansına keçib. Sərəncamda həmçinin, Sosial İnkişaf İdarəsinin balansında olan 240 çarpayılıq xəstəxananın yarımçıq tikilisinin də Səhiyyə Nazirliyinə verilməsi qərara alınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə