Populyar "VIP magazin" jurnalı "2011-ci ildə Moldovanın 50 ən nüfuzlu şəxsi" kataloqunun təqdimatını keçirib. Təqdimatda Moldovanın 50 tanınmış dövlət və ictimai-siyasi xadiminin və işgüzar adamının, habelə Moldova Respublikasında akkreditə olunmuş xarici şirkətlərin və diplomatik nümayəndəliklərin görkəmli rəhbərlərinin adları elan edilib.
2011-ci ilin yekunlarına görə, diplomatik nümayəndəliklərin rəhbərləri arasında Azərbaycan Respublikasının Moldova Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Namiq Əliyev "2011-ci ilin səfiri" elan edilib.
"VIP magazin" jurnalı tərəfindən müəyyən edilmiş qaliblər arasında daha bir azərbaycanlı – "Lukoyl" şirkətinin Moldovadakı baş nümayəndəsi Firuz İsayev də var. Bu barədə Azərbaycan Respublikasının Moldova Respublikasındakı səfirliyindən xəbər veriblər.
Moldovanın ilk 10 nüfuzlu şəxsi reytinqinə baş nazir Vlad Filat, prezident vəzifəsinin müvəqqəti icraçısı Marian Lupu, parlamentin vitse-spikeri Vlad Plaxotnyuk, kommunistlərin lideri, keçmiş prezident Vladimir Voronin, Kişinyov şəhərinin meri Dorin Kirtoake, xarici işlər və Avropa inteqrasiyası naziri Yuri Lyanke və başqaları daxil olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB