Bu gün Dövlət Sərhəd Xidmətinin (DSX) Göytəpə Sərhəd Dəstəsinin Biləsuvar Sərhəd Nəzarət Məntəqəsində zabit və gizir ailələri üçün inşa edilən binanın açılışı olub. SİA-nın xəbərinə görə, açılış mərasimində DSX rəisi, general-leytenant Elçin Quliyev də iştirak edib. DSX rəisi bina və yaradılan şəraitlə tanış olub, şəraiti yüksək qiymətləndirib. Qeyd olunub ki, 24 mənzildən ibarət 4 mərtəbəli binada hər cür müasir şərait yaradılıb.E. Quliyev jurnalistlərə açıqlamasında bu il ərzində DSX-də 50-dək belə binanın açılışının olacağını deyib. Onun sözlərinə görə, bu il ərzində, həmçinin onlarla sərhəd zastayası, komendantlıq, bazaların da açılışı olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB