Kişinyovda "2011-ci ildə Moldovanın 50 nüfuzlu şəxsi" kataloqunun təqdimatı keçirilib. Azərbaycanın Moldovadakı səfirliyindən SİA-ya verilən məlumata görə, Kataloqun təqdimatı tanınmış "VIP magazin" jurnalında keçirilib. Jurnal Moldovanın 50 məşhur dövlət və ictimai-siyası xadim və işgüzar insan, eləcə də xarici şirkətlərin tanınmış rəhbərləri və respublikada akkreditasiya olunan diplomatların adlarını elan edib.
2011-ci ilin yekunları üzrə Moldovada akkreditasiya olunan diplomatik nüməyəndəliklərin rəhbərləri arasında Azərbaycanın fövqəladə və səlahiyyətli səfiri Namiq Əliyev 2011-ci ilin səfiri elan edilib.
Moldovanın nüfuzlu şəxslərinin ilk onluğuna ölkənin Baş naziri Vlad Filat, Moldovanın Prezidenti vəzifəsini müvəqqəti icra edən Marian Lupu, respublika parlamentinin spiker müavini Vlad Plaxotnyuk, kommunistlərin lideri, Moldovanın eks-prezidenti Vladimir Voronin, Kişinyov şəhərinin meri Dorin Kirtoake, Moldovanın xarici işlər və Avropa inteqrasiyası naziri Yuri Lyanke və başqaları daxil olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB