Türkiyə Silahlı Qüvvələrinin keçmiş Baş Qərargah rəisi İlkər Başbuğ həbs edilib. SİA-nın "Zaman" qəzetinə istinadən verdiyi xəbərə görə, Ədliyyədə 7 saat ifadə verən Türkiyənin sabiq baş qərargah rəisi general İlker Başbuğ İstanbul 12 saylı ağır cinayətlərə dair məhkəməyə göndərilib və burda onun barəsində həbs qərarı verilib. 2 saatlıq məhkəmə prosesindən sonra həbsxanaya göndərilən Başbuğ jurnalistlərə, "Türkiyə Cumhuriyyətinin 26-cı baş qərargah rəisi həbs olundu. Qərar böyük türk millətinindir"-deyə bildirib.
İlker Başbuğ "dövlət çevrilişi keçirmək planının hazırlamasında və dövlət orqanlarının öz vəzifəsini icra etməyə əngəl törətməkdə" şübhəli bilinərək həbs olunub.
Qeyd edək ki, mülki məhkəmədə mühakimə olunan ilk baş qərargah rəisi olan İlker Başbuğ "Ergenekon" terror təşkilatı üzvlərinin olduğu Silivri həbsxanasına göndərilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB