Çexiyanın Azərbaycandakı səfirliyi yeni viza sistemi tətbiq edib

Çexiya Respublikasının Azərbaycandakı səfirliyi bu ölkəyə uzunmüddətli səfər etmək istəyənlər üçün yeni viza sisteminin tətbiqinə başlayıb. Yeniliyin məqsədi viza almaq prosedurunu sadələşdirməkdir.


Yanvarın 1-dən etibarən Çexiyaya səfər etmək istəyənlər ərizələrini internet vasitəsilə doldurub müvafiq ünvana çatdıra bilərlər. Aprel ayından isə yeni tətbiq edilən sistem tam işə düşəcək. Düzgün qeydiyyat olmadan viza ərizəsi verənlər müsahibəyə dəvət edilməyəcək və ərizənin diplomatik missiyaya yetişməsi qeyri-mümkün olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə