“Cənub” mehmanxanasını söküllər

“Cənub” mehmanxanasını söküllər

Paytaxtın mərkəzi hissəsində, daha dəqiq desək Rabitə və İnformasiya Texnologiyaları nazirlinin yaxınlığında yerləşən altımərtəbəli "Cənub" mehmanxanası sökülür. Qeyd edək ki, 1950-ci illərdə tikilmiş mehmanxanada söküntü işlərinə bir neçə gündür start verilib və bu prosesin bir neçə ay davam edəcəyi gözlənilir. 50-ci illərin yadigarı olan bu mehmanxana ətrafında dolaşan şayiələr isə səngimək bilmir. Belə ki, şəhərin mərkəzi hissəsində yerləşən bu qədim binada çoxlarının gözü olduğu deyilir. Binanın özəlləşdirdikdən sonra yerində hündürmərtəbəli binanın və yaxud digər obyektin inşa olunacağı ilə bağlı da xəbərlər yayılmaqdadır. Ancaq hələ ki, bu arxitektura nümunəsinin yerində nə inşa olunacağı haqda dəqiq məlumat yoxdur. Öz dövründə isə "Cənub" çox məşhur olub. Sovet dövründə xaricilərin daha çox qaldığı mehmanxanada tanınmış musiqiçilər, aktyorlar çıxış ediblər. Qeyd edək ki, mehmanxana son illər normal fəaliyyət göstərmirdi. Belə ki, son 20 ildə mehmanxana öz süqut dövrünü yaşamağa başlayıb. Şəhərdə yeni tikilən mehmanxana binaları ilə rəqabətə kirə bilmədiyi üçün mehmanxanaya müştəri marağı qalmayıb.


Bütün xəbərlər Facebook səhifəmizdə