Egemen Bağış Yunan Kipr rəhbərinin Ərdoğanla görüşmək istəyinə münasibət bildirib

Egemen Bağış Yunan Kipr rəhbərinin Ərdoğanla görüşmək istəyinə münasibət bildirib

Türkiyənin dövlət naziri və Avropa İttifaqı ilə danışıqlar üzrə baş müzakirəçisi Egemen Bağış Yunan Kipr rəhbərliyinin lideri Dimitris Hristofyasın Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanla görüşmək istəyinə münasibət bildirib.

SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Dövlət naziri Dimitris Hristofyasın ancaq Şimali Kipr Türk Cümhuriyyətinin prezidenti Dərviş Eroğlunla gələcəyi təqdirdə bu görüşün baş tutacağını deyib.

O, qeyd edib ki, hər iki tərəfin mövcudluğu təqdirdə Ərdoğanla görüşmək mümkün olacaq: "Tək gəlsə, boğazda balıq yeyib gedər"-deyə o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə