Bu gün Atatürk Mərkəzində Mirkazım Seyidovun "Prezident" kitabının 2-ci hissəsinin təqdimatı keçirilib. SİA-nın məlumatına görə, təqdimatda ilk olaraq çıxış edən Prezident Administrasiyasının sektor müdiri Qafar Əliyev bildirib ki, M. Seyidovun bədii- publisist yaradıcılığında ictimai- siyasi istiqamət həmişə ön mövqedə dayanıb: \"Müəllifin bu gün oxuculara təqdim olunan kitabı şairin bədii təfəkkürünün daha da dərinləşdiyini göstərir. Bu əsər müəllifin prezident İlham Əliyev haqqında ürəkdən gələn nəğmələridir. Əsər ölkə prezidentinin apardığı qlobal fəaliyyətinin poetik dillə ifadəsidir\".
Daha sonra çıxış edən millət vəkili Sahib Alıyev qeyd edib ki, Azərbaycanda sosial- iqtisadi problemlərin həllinə doğru istiqamətlənən ən optimal təşəbbüslər məhz İlham Əliyevin ölkəmizə rəhbərliyi dövründə reallaşmağa başlayaraq böyük uğurla həyata keçirilir: \"O, respublikamızın hansı əsas problemlərinin, qayğılarının olduğunu yaxşı bilir və onların həlli üçün mükəmməl konsepsiyaya malikdir\".
\"İki sahil\" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə isə vurğulayıb ki, kitabın girişində dahi şəxsiyyət Heydər Əliyev dühasına poetik ehtiram yenə də öz bədii ifadəsini tapıb: \"Azərbaycanın-ictimai- siyasi cəhətdən sabit, iqtisadi cəhətdən sürətlə inkişaf edən ölkənin beynəlxalq aləmdə layiqincə təmsil olunmasında İlham Əliyevin yeritdiyi uğurlu xarici siyasət kursu mühüm əhəmiyyət daşıyır\".
Kitabın müəllifi isə bildirib ki, İlham Əliyev bir prezident kimi xalq tərəfindən sevilir: \"Azərbaycan vətəndaşları onun ətrafında sıx birləşiblər. Onun daxili aləmində, əməlində, əqidəsində xalqına və vətəninə bağlılığında müdriklik keyfiyyətləri öz əksini tapıb. Prezidentin fəaliyyəti tarixi varislikdən gələn dərin bilik, zəngin intellekt, hərətərəfli qabiliyyətlə bağlıdır\".
Məlumat üçün bildirək ki, kitab Rusiyanın Novosibirsk şəhərində fəaliyyət göstərən Heydər Əliyev adına Beynəlxalq Azərbaycan Forumunun ölkəmizdəki daimi nümayəndəliyinin maddi dəstəyi ilə 1500 tirajla çap olunub. Əsər 3- Azərbaycan, rus və ingilis dillərində nəşr olunub.
Qeyd edək ki, tədbir kitab ətrafında müzakirələrlə davam edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB