Bayramda alkoqollu içkilərdən zəhərlənənlərin sayı artıb

Bayramda alkoqollu içkilərdən zəhərlənənlərin sayı artıb

Təcili və Təxirə Salınmaz Tibbi Yardım Stansiyasının əməkdaşları bayramdan əvvəl əhaliyə xəbərdarlıq etməsinə baxmayaraq süfrəyə qoyulan bəzi təamlar bayram günlərində əməlli-başlı qanqaraçılığa səbəb olub.


Təcili və Təxirə Salınmaz Tibbi Yardım Stansiyasının baş həkiminin müalicə, metodik işlər üzrə müavini Suqra Bəşirovanın SİA-ya verdiyi məlumata görə, bayram günlərində alkoqollu içkilərdən zəhərlənmə diaqnozu ilə müraciət edənlərin sayı artıb: "Bayramdan öncə əhaliyə müraciət etmişdik ki, alkoqollu içkilərdən, köhnə yeməklərdən uzaq dursunlar. Ancaq bu il də buna əməl etməyənlərə təcili yardım göstərməli olduq. Bayram günlərində xidmətə ümumilikdə 1700 çağırış daxil olub. Bu isə adi günlərdən 200 zəng artıqdır. Çağırışların sayının artmasına səbəblərdən biri də, bayram günlərində poliklinikaların işləməməyi olub".


Bütün xəbərlər Facebook səhifəmizdə