"Yanvar ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın və bir qədər aşağı olacağı gözlənilir. Birinci ongünlükdə havanın temperaturunun iqlim normasına yaxın, ikinci və üçüncü ongünlüyün bəzi günlərində isə normadan bir qədər aşağı olacağı gözlənilir.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı ehtimal olunur". Bunu SİA-ya Hidrometeoroloji proqnozlar bürosunun şöbə rəisi Gülşad Məmmədova bildirib. Onun sözlərinə görə, yaxın 3 gün ərzində paytaxtda hava şəraitinin normal keçəcəyi gözlənilir.
Bakıda və Abşeron yarımadasında yanvarın 6-da gündüz havanın dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi, səhər və axşam yarımadanın bəzi yerlərində çiskinli olacağı ehtimalı var. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 1-6 dərəcə isti olacağı gözlənilir. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun 10-15 dərəcə şaxta olacağı gözlənilir.
Gülşad Məmmədova onu da qeyd edib ki, sabah Abşeron yarımadasında atmosfer təzyiqinin enməsi fonunda arabir güclənən gilavar küləyi bəzi meteohəssas insanlarda diskomfort hissi yarada bilər: "Yanvarın 7-8-də meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB