Azərbaycanın daxili hava xətlərində yükün dəyərinin hesablanması qaydaları dəyişib
Dövlət Mülki Aviasiya Administrasiyasının əmri ilə 1 yanvar 2012-ci il tarixdən etibarən Azərbaycanın daxili hava xətlərində yükün dəyərinin hesablanması Varşava Konvensiyasının müvafiq müddəalarına uyğun aparılacaq. SİA-nın Administrasiyaya istinadən verdiyi məlumatına görə, Azərbaycanın daxili hava xətlərində, dəyəri bəyan olunmadan qeydiyyata alınmış baqaja (yükə) daşındığı müddətdə vurulan zərərə görə daşıyıcının məsuliyyət həddi qüvvədə olan beynəlxalq normalara (hər kiloqram üçün) bərabər tutulması müəyyən olunub.
Azərbaycanın mülki aviasiya sahəsində fəaliyyət göstərən daşıyıcılarına məsuliyyət həddi haqqında məlumatların hava daşımalarına aid qaydalarda və daşıma müqavilələrində əks etdirilməsi və vurulmuş zərərə görə ödəmələrin müəyyən edilmiş qaydada təmin edilməsi tapşırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB