Metyu Brayzanın xanımı Zeyno Brayza (Baran) "İslam vətəndaşları: müsəlmanların Qərbə inteqrasiyasının gələcəyi" adlı kitabını AMEA Mərkəzi Elmi Kitabxanasına (MEK) hədiyyə edib. SİA-nın xəbərinə görə, Zeyno Baranın Emmet Tuohi ilə birlikdə ərsəyə gətirdiyi bu kitab 2011-ci ildə Nyu-Yorkun "Kontinium" nəşriyyatında çap olunub.
Kitabda müəllif din və dövlət arasındakı münasibətləri, Avropa və ABŞ-da islamçılığın yüksəlişi və inkişafını, islamçılığın bir çox islam ölkələrində siyasi-ideoloji islamçılığa keçməsini və s. məsələləri işıqlandırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB