Bu ildə ötən illər kimi Azərbaycan respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanmış yeni qanunlar qüvvəyə minib. SİA-nın xəbərinə görə, yanvarın 1-dən etibarən 2012-ci il dövlət büdcəsi haqqında Azərbaycan Respublikasının Qanunu qüvvəyə minib. Qanunla 2012-ci il dövlət büdcəsinin gəlirləri 16 milyard 438 milyon manat, xərcləri 17 milyard 72 milyon manat məbləğində təsdiq edilib. Dövlət büdcəsi kəsirinin yuxarı həddi 634 000,0 min manat məbləğində təsdiq olunub. Bununla belə İlham Əliyev tərəfindən dekabr 20-si 2011-də imzalanmış 2012-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan respublikasının Qanunu qüvvəyə minib. Həmin qanunla əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği 2012-ci il üçün yaşayış minimumu ölkə üzrə 108 manat, əmək qabiliyyətli əhali üçün 116 manat, pensiyaçılar üçün 84 manat, uşaqlar üçün 87 manat məbləğində müəyyən edilib. Daha sonra yanvarın 1-dən etibarən 2012-ci il üçün ehtiyac meyarının həddi haqqında Azərbaycan Respublikasının qanunu imzalanaraq qüvvəyə minib.Həmin qanunla ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2012-ci il üçün ehtiyac meyarının həddi 84 manat məbləğində təsdiq edilib. 2012-ci ildən həmçinin Dövlət Sosial Müdafiə Fondunun 2012-ci il büdcəsi haqqında Azərbaycan Respublikasının Qanunu qüvvəyə minib. İmzalanmış qanunla Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2012-ci il büdcəsinin gəlirləri 2 454 300 000,0 manat, xərcləri 2 454 300 000,0 manat məbləğində təsdiq edilib. Qeyd edək ki, prezident İlham Əliyev tərəfindən imzalanmış bu qanunlar 2012-ci il yanvarın 1-dən etibarən artıq qüvvəyə minib. Əsas məqsəd isə əhalinin minimum yaşayış səviyyəsinin stabilləşməsinə yardımçı olmaqdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB