Yaşar Nurinin vəziyyətində yaxşılaşma müşahidə olunmur

Yaşar Nurinin vəziyyətində yaxşılaşma müşahidə olunmur

Xalq artisti Yaşar Nurinin vəziyyətində yaxşılaşma müşahidə olunmur. Bu haqda məlumatı sənətkarın qızı Ülviyyə Nuriyeva verib. Xatırladaq ki, xalq artisti Yaşar Nurinin durumu noyabrın əvvəlində qəflətən yenidən pisləşib və aktyor Gömrük Hospitalının reanimasiya şöbəsinə yerləşdirilib.


Bir müddət əvvəl isə ağır vəziyyətdə olan Azərbaycanın xalq artisti, görkəmli aktyor Yaşar Nurinin səhhəti ilə əlaqədar İstanbul "Memorial" xəstəxanasının həkimi Bakıya gəlmişdi. Həkimlər aktyora ağ ciyər pnevmoniyasi diaqnozu qoyublar.

Bütün xəbərlər Facebook səhifəmizdə