İranın daxili işlər naziri Ermənistana gedir

İranın daxili işlər naziri Ermənistana gedir

Bu il yanvarın ortalarında İranın daxili işlər naziri Mustafa Məhəmməd Nəccar Ermənistana səfər edəcək. SİA-nın erməni mətbuatına istinadən verdiyi xəbərə görə, bunu İranın daxili işlər nazirinin beynəlxalq məsələlər üzrə müavini Mehdi Məhəmmədifərd bildirib.

Onun sözlərinə görə, səfər çərçivəsində İran və Ermənistan arasında mədəni, ticari və iqtisadi sahələrdə əməkdaşlıq, sərhəddə müştərək yarmarkaların yaradılması, xüsusilə təhlükəsizlik məsələləri əsas müzakirə mövzusu olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə