Qondarma “erməni soyqırımı” qanunu bu ay Fransa Senatına təqdim olunacaq
Qondarma "erməni soyqırımı"nı inkar edənlərin cinayət məsuliyyətinə cəlb olunmasını nəzərdə tutan qanun layihəsi bu ay Fransa Senatına təqdim olunacaq. SİA-nın erməni mətbuatına istinadən verdiyi xəbərə görə, Fransa hökuməti qanun layihəsinin tez bir zamanda qəbul olunması üçün bu qərara gəlib və bu işin sürətləndirilməsinə xanım Valeri Boayer başda olmaqla, Fransa parlamentindəki hakim partiyanın üzvləri cəlb olunublar.
Qeyd edək ki, Fransa qondarma "erməni soyqırımı"nı 29 yanvar 2001-ci ildə rəsmən tanıyıb. Qondarma "erməni soyqırımı"nı inkar edilməsinə görə cinayət məsuliyyətinə cəlb olunmasını nəzərdə tutan qanun layihəsi Milli Assambleyada 12 oktyabr 2006-cı ildə bir dəfə qəbul olunub. Lakin 4 may 2011-ci ildə Fransa qanunvericilik institutunun yuxarı palatası olan Senat bu qanun layihəsini əsassız sayaraq, onu təsdiq etməyib. 2011-ci il dekabrın 22-də Fransa parlamentinin aşağı palatası - Milli Assambleya tərəfindən qəbul olunmuş bu qanuna əsasən uydurma "erməni soyqırımı"nı inkar edənlərin 1 il həbs cəzasına məhkum edilməsi və ya 45 min avro məbləğində cərimələnməsi nəzərdə tutulur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB