SİA-nın verdiyi məlumata görə, Gürcüstan səfəri zamanı "Marneuili Gənclər Mərkəzində" keçirilən "Sağlam donor" təlimlərində 40 nəfərdən cox gənc iştirak edib. Marneuli İcra Hakimiyyəti binasında gənc qan donorlarının mükafatlandırılma mərasimi keçirilib. Tədbirdə Gürcüstan Parlamentinin deputatı Azər Suleymanov, Marneuli İcra hakiminin müavini Heydər Musayev, 3 saylı orta məktəbin direktoru Ruslan Hacıyev, QHT nümayəndələri və 30-dan çox gənc iştirak edib.
Tədbirdə iştirak edən deputat Azər Suleymanov öz çıxışında hər iki təşkilata fəaliyyətlərində uğurlar arzulayaraq qan donorluğu aksiyasının iştirakçısı olduğu üçün qürür hissi keçirdiyini söyləyib. İcra hakimiyyətinin müavini Heydər Musayev də hər iki təşkilatı təbrik edib. Təmənnasız xeyriyyə işlərinə görə gənclərə öz təşəkkürünü bildirərək onlara gələcək işlərində uğurlar arzulayıb.
Xatırladaq ki, "Qan Donorları Assosiasiyası" İctimai Birliyi tərəfindən təşkil edilən səfər birinci deyil. Bundan əvvəldə Azərbaycan Respublikasının müstəqilliyinin 20 illiyinə həsr olunan qan donorluğu aksiyası keçirilib. Gələcəkdə də bu tip tədbirlərin keçirilməsi nəzərdə tutulur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB