Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi, gecə və səhər zəif duman olacağı, axşam havanın tutulacağı gözlənilir. Gündüz arabir güclənən cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 2 dərəcə isti, gündüz 5-10 dərəcə isti təşkil edəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən SİA-ya verilən məlumata görə, Azərbaycanın rayonlarında isə hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə dumanlı olacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Gecə 3 dərəcə şaxtadan 2 dərəcə isti, gündüz 5-10 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 1-6 dərəcə isti qeydə alınacaq. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturu mənfi 13-18 dərəcəyə çatacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB